Bir vaxtlar Trampa ən yaxın olan Con Bolton, ABŞ prezidentinin bütün gizli məlumatlarını ortaya qoyub.

Unikal.org məlumat verir ki,  keçən ilin oktyabr ayında Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılan Milli Təhlükəsizlik Müşaviri Con Bolton,  səlahiyyət müddətində ABŞ-ın xarici siyasətindəki ən həlledici adlardan biri, “Baş verdiyi otaq” kitabı ilə Trampın yaşadıqlarını mətbuata sızdırıb. 

Belə ki, Bolton, Trampın bu kitabında Türkiyə ilə əlaqəli bir çox mövzular da paylaşdığını bildirib. Donald Trampın, “ABŞ-ın Suriyada DAESH ilə mübarizəsi haqqında, Yaxın Şərqdəki bu dəhşətli müharibələrdən pul saxlamaq istəyirəm. DAESH-ı düşmən ölkələrimizin maraqları naminə öldürürük. Ardından sonra söylədim, Kürdləri bəyənmirəm. Türklərdən qorxdu və qaçdı, İraqlılar da. Onların qaçmadığı yeganə vaxt f-18-lərlə ətraflarında təhlükəsizlik toru toxuduğumuz an idi” deyə bir məruzəsini  mətbuata çatdırıb.