İndoneziyanın Kalimantan bölgəsində əhşətli hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Fatimə adlı qadın çayın kənarına balıq ovlamağa gedib.  Daha sonra qadının geri qayıtmadığını görən ailə üzvləri çayın kənarına gəlib. Və qadının yalnız əşyalarını tapıblar.

Belə ki, ərazidə olan şahidlərdən biri Fatimənin balığı tutmaq üçün su kənarına yemək atmaq istəyərkən timsahın hücumuna məruz qaldığını söyləyib. Ailə üzvləri və kənd sakinləri hadisədən sonra polisin köməyi ilə çayda timsahlar axtarmağa başlayıblar. Suyun səthində fərq edilən  6 metrlik timsah polis tərəfindən  başından vurularaq öldürülüb.   

Daha sonra sudan çıxarılan ölü timsahın qarnı yaralıb. Timsahın qarnında qadının bəzi bədən hissələri tapılıb.

Fatiməni axtaran polis qrup başçısı Əmiruddini, insanların qida ehtiyaclarını ödəmək üçün su içində ov etdiklərini bildiklərini, ancaq hadisənin baş verdiyi ərazidə çox sayda timsahın olduğunu və ehtiyac olmasa insanlar suya yaxınlaşmamalarını söyləyib.