ABŞ prezidenti Donald Tramp muxtar bölgədəki mübahisələrə reaksiya göstərərək “Prezident olduğunuz müddətə qədər Vaşinqton heç bir zaman muxtar bölgə olmayacaq. Çalışsalar ciddi güclə qarşılaşacaqlar”  deyə bildirib. 

Unikal.org xəbər verir ki,polis zorakılığından sonra ABŞ-da qaradərili Corc Floydun ölümünə səbəb  başlayan nümayişlər zamanı Seattle şəhərində etirazçılar tərəfindən elan edilən muxtar bölgə mübahisəsi davam edərkən ABŞ Prezidenti Donald Trampdan  bununla bağlı  paylaşım gəlib. 

“Sizin prezident olduğunuz müddətcə Vaşinqtonda heç vaxt muxtar olmayacaq. Çalışsalar, ciddi güclə qarşılaşacaqlar” deyə  Tramp “Twitter” hesabında paylaşım edib.  

Qeyd edək ki, etirazçılar, qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan ABŞ-ın Minneapolis şəhərində küçə nümayişlərində “Seattle”  “muxtar bölgə” elan edib.

Prezident Donald Tramp Vaşinqton valisi Jay Inslee və Seattle Bələdiyyə Başçısı Durkanı hadisələrə adekvat reaksiya vermədiyi üçün tənqid kəskin edib.