Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 914 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2744 nəfər karantində saxlanılır, 258 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 768 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.