Con Boltonun Donald Trampın prezidentlik dönəmindəki sirrlərindən bəhs edən "The Room Where It Happened: A White House Memoir" (“Hadisənin  reallaşdığı otaq: Ağ Ev xatirələri”) adlı kitabı artıq işıq üzü görüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Trampın keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton kitabında Prezidentin 2018-ci ildə NATO-dan çıxmaq istədiyi iddia edib. 
O bildirib ki, Rusiyanın liderlik etdiyi “Şimal axını 2” qaz boru kəmərinin inşası layihəsi çərçivəsində Amerika prezidentinin NATO-dan ayrılmaq istəməsinə səbəb həmin layihəyə Almaniyanın dəstək verməsi olub. Lakin Xarici İşlər naziri Mayk Pompeo ilə danışıqlar zamanı Donald Tramp bu fikrindən vaz keçib.