“Qəbələ” klubunun futbolçusu İviça Juniç Azərbaycanı tərk edib.
Unikal.org xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi şəxsi “facebook” hesabından məlumat yayıb.
Müdafiəçi, hazırda hava limamında olduğunu və Avstriyaya yollandığını bildirib.
Xorvatiyalı futbolçu keçən ilin yayında “Qəbələ”yə keçmişdi.