Yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu, olimpiya mükafatçısı Rəsul Çunayevin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. 

Unikal.org xəbər verir ki, idmançımız dostları ilə qurşaq tutub. O bu dəfə özünü sərbəst güləş növündə sınayıb.

Onun bu görüntüsü hər kəsin marağına səbəb olub. R.Çunayev sərbəst güləş növünün 74 kq çəki dərəcəsində güləşənlərə meydan oxuyub və "Daha sərbəst güləşə keçirəm, 74 kq məni gözləsin" deyə bildirib.

Hətta izləyiciləri onu  sərbəst güləş üzər olimpiya çempionu Toğrul Əsgərovla müqayisə ediblər:  "İnamıram Toğrulla bacara biləsən" rəyini yazıblar. 

Qeyd edək ki, sərbəst güləş növünd 74 kq çəki dərəcəsində Toğrul Əsgərov, Hacımurad Hacıyev çıxış edir.