Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, yolu keçən 1975-ci il təvəllüdlü Əlinağıyev Vüqar Aslan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sirkə kasasının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.