AFFA-nın texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.

Unikal.org xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.