Böyük Britaniyada son sutkada 580 COVID-19-a yoluxma halı qeydə alınıb. 

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi Məlumat yayıb.

Bildirilib ki, bununla da krallıqda ümumilikdə yoluxanların sayı 295 372-ə yüksəlib.

Qeyd edək ki, son 24 saat ərzində ölüm sayı açıqlanmayıb. İnsanların narahatlığını nəzərə alan Britaniya hökuməti ölənlərin sayı haqqında gündəlik statistikanın açıqlanmamasını tapşırıb.