Dövlət Reyestri Xidmətinə yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin əmri ilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəis müavini vəzifəsində çalışan Nigar Əyyub qızı Alimova həmin Xidmətdə rəisi əvəz edir.
Qeyd edək N.Alimova daha əvvəl Vergilər Nazirliyində ümumi şöbənin müdiri olub.
Orxan Həsənli