Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report saytına istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Təzəkənd kənd sakini, 1989-cu il təvəllüdlü Anar Hacıyev idarə etdiyi "VAZ 21010" markalı avtomobili yolun kənarına aşırıb.
Yaralı ağır vəziyyətdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Daha sonra müalicəsini davam etdirmək üçün Biləsuvar rayon Mərkəzi Xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdırma aparılır.