Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.  

Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.