Keçmiş deputat Gülər Əhmədovanın qanunsuz silah saxlamaqda təqsirləndirilən oğlu Toğrul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Uniikal.org Report.az saytına istinadən xəbər verir  ki, işə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb və hökm çıxarılıb.

Hökmə əsasən, T.Əhmədov 2 il müddətinə azadlıqdan məhum edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib. 

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının fevral ayında keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib.

T.Əhmədov sabiq deputat Gülər Əhmədovanın oğludur.