Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mil qəsəbəsinin sakini V.Quliyevin yaşayış məntəqəsinin ərazisində işlətdiyi hotelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin hoteli icarə əsasında işlədən V.Quliyev və orada olan iki nəfər “müştəri” saxlanılaraq Beyləqan RPŞ-yə gətirilib.

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinə başlanılıb, araşdırma aparılır.