Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.
Unikal.org Nazirliyin saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 2 ha sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.