Sumqayıt sakini yaşadığı binanın 2-ci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb. Ağır xəsarət alan şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.