ABŞ-da son sutka ərzində daha 31 304 nəfərdə koronavirus aşkarlanıb, 716 nəfər dünyasını dəyişib.

Unikal.org xəbər verir ki,  bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 5 507 570-ə, bu virusdan ölənlərin sayı isə 172 251-ə yüksəlib.

Bundan əlavə, indiyədək 2 882 225 nəfər sağalıb. Ölkədə 2 453 094 aktiv koronavirus xəstəsi var ki, onlardan da 17 218-nin vəziyyəti ağır qiymətləndirilir.