Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranların birində toplantı keçirən kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat keçirib. Bildirilir ki, əməliyyat Xətai rayonundakı "Qarabağ" restoranında keçirilib. Restoran rəhbərliyinin karantin qaydalarını pozduğuna görə cərimələnəcəyi gözlənilir.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Unikal.org-a bildirib ki, əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
*** 14:23
Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.
Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib. Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb. Hazırda əməliyyat tədbirləri davam etdirilir.