İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçisi məlum olub.

Unikal.org xəbər verir ki, istefaya göndərilən Kiki Setyenin sükanı Ronald Kumana həvalə edilib.

Klubun prezidenti Xose Bartomeu 57 yaşlı niderlandlı mütəxəssisin təyinatını təsdiqləyib.

Qeyd edək ki, "Barselona"nın Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya 2:8 hesablı məğlubiyyətindən sonra baş məşqçi Kiki Setyenin istefaya göndərilməsi qərara alınıb.