Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.

Unikal.org xəbər verir ki, bu gün ilk finalçı müəyyənləşib.

Birinci cütlükdə “Leypsiq”lə PSJ üz-üzə gəlib. 1/4 finalda gözlənilmədən “Atletiko” üzərində qələbə qazanan Bundesliqa klubu bu dəfə sensasiya edə bilməyib. Turnirin əsas favoritlərindən olan parislilər böyükhesablı qələbə qazanaraq, finala yüksəlib.

Tomas Tuxelin yetirmələrinin həlledici qarşılaşmadakı rəqibi avqustun 19-da keçiriləcək "Lion" - "Bavariya" görüşünün qalibi olacaq. Final isə avqustun 23-də Lissabonun “Da Luş” stadionunda baş tutacaq.