Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli evin çardağının və aynabəndinin yanar konstruksiyaları 21 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yüksək temperaturdan 2 otağının tavanı 79 kv.m sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.