2020/21 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsinin və Avropa Liqasının ilkin mərhələsinin oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Unikal.org-un məlumatına görə, baş tutan 6 qarşılaşma cədvəldə bəzi mövqe dəyişikliklərinə səbəb olub.
"Qarabağ"ın Şimali Makedoniya klubu "Sileks" üzərində qələbəsi (4:0) Azərbaycanın reytinqinə də müsbət təsir göstərib. Cari mövsümdə 0,375, son 5 mövsümün nəticələrinə əsasən 14,750 xala malik Azərbaycan reytinqdə 2 pillə irəliləyərək, 24-cü yerə yüksəlib. Ölkəmizi Rumıniya, Norveç və Qazaxıstan yaxından izləyir. 23-cü yerdəki Bolqarıstandan 1,625 xal geri qalırıq.
Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür.