Çempionlar Liqasının I təsnifat mərhələsinin dünən keçirilən oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Unikal.org-un məlumatına görə, baş tutan 11 görüş Azərbaycanın mövqeyini itirməsinə səbəb olub.
“Qarabağ”ın Şimali Makedoniya klubu “Sileks” üzərində qələbəsi (4:0) sayəsində 24-cü yerə yüksələn ölkəmiz 2 pillə geriləyib. Buna Norveç və Rumıniya klublarının qələbə qazanması səbəb olub. Həmçinin 23-cü yerdəki Bolqarıstan da xal ehtiyatını artırıb.
Cari mövsümdə 0,375, son 5 mövsümün nəticələrinə əsasən 14,750 xala malik Azərbaycan hazırda 26-cı pillədə qərarlaşır.
Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür.