Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələsi davam edir.
Unikal.org-un məlumatına görə, bu gün daha 6 oyun keçiriləcək.
İlkin mərhələdə əsasən UEFA reytinqi aşağı olan cırtdan ölkələrin komandaları mübarizə aparırlar. UEFA-nın qərarına əsasən, mərhələlər bir matçdan ibarət olduğundan, cütlüklərdə qələbə qazanan komandalar I təsnifat mərhələsinə vəsiqə əldə edəcəklər. Məğlub olanlar üçün isə avrokubok mövsümü başa çatacaq.
Qeyd edək ki, bu mərhələnin “Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) qarşılaşması ikincilərin futbolçularında koronavirus infeksiyasına yoluxma aşkarlandığı üçün avqustun 22-nə təxirə salınıb.
Avropa Liqası
İlkin mərhələ
20 avqust
19:30. “Cent Cozefs” (Cəbəllütariq) - B-36 (Farer adaları)
21:00. “Runavik” (Farer adaları) - “Barri Taun” (Uels)
21:30. “Santa Koloma” (Andorra) - “İskra” (Monteneqro)
22:00. “Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)
22:30. “Kolreyn” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)
23:00. “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo)