Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayevə hökm oxunub. 

Unikal.org xəbər verir ki, hər iki şəxs 15 sutka inzibati həbs cəzası alıb.

12:22

Avqustun 18-də qızı Fidan Əliyeva üçün toy mərasimi keçirən sabiq deputat İlham Əliyev Abşeron rayon məhkəməsinə gətirilib. 

Unikal.org-un məlumatına görə, o, karantin rejiminin tələblərini pozduğu üçün məhkəmə qarşısına çıxarılıb. 

Bir neçə dəqiqədən sonra məhkəmə onun barəsində qərar verəcək.

11:58

Novxanıdakı bağ evində qızına toy edən sabiq millət vəkili İlham Əliyev karantin qaydalarını pozduğuna görə cəzalandırılıb.

Unikal.org-un əldə etdiyi məlumata gorə, İ.Əliyev və toyda iştirak edən digər bir şəxs  karantin qaydalarını pozduğuna görə saxlanılaraq Abşeron rayon məhkəməsinə gətirilirlər.

Məhkəmənin qərarı ilə İ.Əliyevlə bağlı 15 sutka həbs qərarı veriləcəyi gozlənilir. İşə Abşeron rayon məhkəməsinin hakimi Şövkət Nəcəfova baxacaq.

Qeyd edək ki, İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.  

Əlavə məlumat veriləcək.

Orxan Həsənli