Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Balakən rayonu ərazisində Balakənçay çayında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib.