UEFA Avropa Liqasında final matçından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Unikal.org-un məlumatına görə, bu ada İspaniyanın "Sevilya" klubunun hücumçusu Luk de Yonq layiq görülüb.
O, İtaliya "İnter"ini 3:2 hesabı ilə məğlub etdikləri görüşdə 2 qol vurub.
Qeyd edək ki, "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.