Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yasamal adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2104” markalı minik avtomobili ilə TIR markalı yük maşını toqquşub.

Qəza nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.