Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki,  qəza nəticəsində 1984-cü il təvəllüdlü Samir Cəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.