Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək.
Unikal.org xəbər verir ki, bir oyundan ibarət olacaq mərhələnin matçları iki gündə keçiriləcək.
Türkiyənin “Beşiktaş” klubu da ÇL-də mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. “Qara qartallar” bu mərhələdə Yunanıstanın PAOK klubuyla qarşılaşacaq.
Azərbaycan təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa sabah çıxacaq. İlk turda Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdıran “köhlən atlar” bu dəfə Moldova “Şerif”ini sınağa çəkəcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
25 avqust
22:00 Tirana (Albaniya) – Srvena Zvezda (Serbiya)
22:00 PAOK (Yunanıstan) – Beşiktaş (Türkiyə)
26 avqust
18:30 Alkmaar (Niderland) – Viktoriya (Çexiya)
20:00 Qarabağ (Azərbaycan) – Şerif (Moldova)
20:00 Suduva (Litva) – Makkabi (Təl-Əviv, İsrail)
20:00 Çelye (Sloveniya) – Molde (Norveç)
21:00 Lokomotiv (Zaqreb, Xorvatiya) – Rapid (Vyana, Avstriya)
21:30 Ludoqorets (Bolqarıstan) – Midtyulland (Danimarka)
22:00 Dinamo (Brest, Belarus) – Sarayevo (Bosniya və Herseqovina)
22:00 ÇFR (Rumıniya) – Dinamo (Zaqreb, Xorvatiya)
22:00 Legiya (Polşa) – Omoniya (Kipr)
22:15 Yanq Boyz (İsveçrə) – Klaksvik (Farer adaları)
22:45 Seltik (Şotlandiya) – Ferentsvaroş (Macarıstan)