"Qarabağ" klubunun futbolçuları Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Moldova "Şerif"i lə matç üçün koronavirus testindən keçiblər.
Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Unikal.org-a verdiyi məlumata görə, komanda üzvləri yoxlanışa bu gün cəlb olunublar. Testin nəticələri sabah bəlli olacaq.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.