Çex Respublikasının Prezidenti Miloş Zeman qolundan zədə aldığı üçün xəstəxanaya çatdırılıb.
Unikal.org xəbər verir ki, bu barədə avqustun 25-də dövlət başçısının mətbuat katibi İrji Ovçaçek özünün “Twitter” səhifəsində yazıb.
Məlumatda qeyd edilib ki, Praqadakı Mərkəzi Hərbi Hospitala çatdırılan Çexiya lideri qolundan əməliyyat olunacaq.
Ovçaçek sözlərinə əsasən, Zeman televizorda xəbərlər proqramına baxırdı. Ayağa qalxmaq istəyəndə ayağı ilişərək yıxılıb və sağ qolunu sındırıb.