Gürcüstanda sentyabrın 15-dən kinoteatrların fəaliyyətinə icazə veriləcək.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərarda qeyd olunub ki, məktəblər də həmin tarixdə açılacaq. Uşaq bağçalarında isə təlim-tərbiyə prosesi oktyabrın 1-də başlayacaq. Bu tarixdən etibarən teatrlar da fəaliyyətlərini bərpa edəcəklər.