Gəncə şəhərinin Kəpəz rayonunda yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 1 otağında tavan 20 m² sahədə və əşyalar 3 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.