Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 03 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-cü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyət olacaq. 

Bu barədə Unikal.org "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.