İranda yeni təhsil ili bu gündən etibarən başlanılıb.
Trend-in məlumatına görə, yeni təhsil ilinin başlanması ilə əlaqədar tədbirə İran prezidenti Həsən Ruhani və təhsil naziri Möhsün Hacı Mirzayi vidoe-konfrans vasitəsi ilə qatılıblar. Beləliklə İranda yeni təhsil ili ötən illərlə müqayisədə iki həftə tez başlanılıb.
Məlumatda bildirilir ki, məqsəd ötən ilin təhsil çatışmazlığını aradan qaldırmaqdır. İranın Koronavirusla Mübarizə Milli Komitəsi İranda dərslərin səhiyyə protokolları əsasında keçirilməsinə icazə verib.