Fransada qeyri-adi hadisə baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölümcül xəstəliyi olan Alen Koq adlı şəxs ölüm anını sosial şəbəkədə canlı yayımlacağını açıqlayıb. Buna səbəb daha öncə xəstənin prezidentdən istədiyi tələbin rədd edilməsi olub. 57 yaşlı Alen rahat ölümü üçün ona dərman verilməsi xahiş edib. Prezident isə bunun ölkə qaydalarına zidd olduğunu deyərək rədd cavabı verib. Buna inad yeməkdən və müalicədən imtina edən şəxs ölümü sosial mediada canlı yayımlayacağını bildirib.