Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 14-də Rusiyaya səfər edəcək.

Unikal.org RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bu, işgüzar səfər olacaq, onun Putinlə görüşü keçiriləcək”, - Peskov deyib.

Jurnalistlərin “Birgə sənəd imzalanması gözlənilirmi?” sualına isə Peskov “xeyr” deyib.