Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin Türkiyənin "Boluspor" klubuna keçidi rəsmiləşib.

Unikal.org xəbər verir ki, bu barədə birinci liqa təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Abdullayevin son klubu "Qarabağ" olub.