2016-cı ilin aprel döyüşlərində və bu ilin iyul ayında Tovuz rayonunun sərhəd ərazisində erməni qəsbkarlarının hücumlarının qarşısının qəhrəmancasına alınmasında onlarla vətən övladı şəhid olub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Unikal.org-a verilən məlumata görə, bu şəhid ailələrinin sosial problemlərinə yardımçı olmaq məqsədilə AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, 2-5 aprel 2016-cı il və 12-14 iyul 2020-ci il tarixlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 azyaşlı uşağı himayəyə götürülsün.
Şəhid ailələrinin hər bir uşağına onlar 18 yaşına çatana kimi ayda 150 (yüz əlli) manat məbləğində yardım edilməyə başlanılıb.
Ödənişlər 2020-ci ilin 1 sentyabr tarixindən həyata keçirilir.