Hindistanın ən böyük şəhərlərindən olan Mumbayda 3 mərtəbəli bina çöküb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində 13 nəfər dünyasını dəyişib, 11 nəfər yaralanıb.
Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb edilib. Belə ki, aidiyyatı qurumların açıqlamasına görə, 30-dan çox şəxsin dağıntılar altında qaldığı bildirilir.
Araşdırma davam etdirilir.