Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qələbə qazandığı təqdirdə İran maksimal qısa müddətdə nüvə silahı haqqında qanunu imzalamağa razı olacaq.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Oqayo ştatının Deydond şəhərində tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Biz qələbə qazananda (seçkilərdə), bu qələbədən təxminən 9 saniyə sonra bizə zəng edəcəklər – bu, bizimlə saziş bağlamaq istəyən İran olacaq”, - deyə Tramp bildirib.

Prezidentin sözlərinə görə, ABŞ-ın cari administrasiyası İranın bu sazişi bağlamağını istəyir. O qeyd edib ki, Vaşinqton İrana yalnız hər şeyin yaxşısını, bu ölkənin güclü olmağını arzulayır.

“(Lakin) onlar sadəcə nüvə silahına malik ola bilmirlər. Vəssalam. Çox sadə”, - deyə ABŞ lideri bildirib.