ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İran və Venesuela ilə mümkün müqavilələrin bağlanması şərtlərini sərtləşdirməyi düşünür.
Unikal.org xəbər verir ki, Ağ Evin rəhbəri Tehrana və Karakasa ünvanlanan belə bir xəbərdarlıqla Mayami şəhərində tərəfdarları ilə seçkiqabağı görüşdə çıxış edib.
"Mən sizə bunları deyəcəyəm: İstər İran, istərsə də Venesuela olsun - onsuz da onlar danışıqlar aparmaq istəyirlər. Hər kəs danışıq aparmaq istəyir. Amma seçkilər bitənə qədər gözləmək istəyirəm. Bir il əvvəl dedim: sizin seçim imkanınız var, danışıqları indi və ya seçkilər bitdikdən sonra apara bilərik. Ancaq seçkilərdən sonra razılıqlar daha sərt olacaq", - Tramp belə deyib.
Amerikalı lider, həmçinin Venesuela, Kuba və Nikaraquaya qarşı fəal şəkildə birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyini xatırladıb və bunları "tarixin ən sərt sanksiyaları" adlandırıb.
"Bu ölkələrin hamısı ABŞ-la danışıqlara gələcəklər. Gözəl bir razılaşma əldə olunacaq. Seçkilər bitənə qədər gözləməliyik. Mən onlara gözləmək istədiyimi bildirdim", - Ağ Ev rəhbəri əlavə edib.