Britaniya sakininin çardaqdan tapdığı, Çin imperatoru Syanlunun hakimiyyət dövrünə aid olan qədim çaydan “Hansons Auctioneer” hərracında 495 min ABŞ dollarına satılıb.
Unikal.org xəbər verir ki, bu barədə UPİ portalı məlumat yayıb.
Çaydanın keçmiş sahibinin sözlərinə görə, əşya ona babasından qalıb. Babası isə əntiq əşyanı İkinci Dünya Müharibəsi zamanı Asiyadan gətirib.
O, etiraf edib ki, çaydanı əntiq əşyalar mağazasına satmaq istəyib. Lakin sonra mütəxəssislə məsləhətləşmək qərarına gəlib.
Çaydanın ilkin qiyməti təxminən 50 min ABŞ dollları olub. Ancaq 8 nəfərin əntiq əşya ilə daim maraqlanması səbəbindən onu demək olar, 10 dəfə baha qiymətə satıblar.