Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Araik Arutyunyan itkilərini etiraf etməyə başlayıb.
Unikal.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, A.Arutyunyan bu barədə brifinqdə deyib.
“Onlarla əsgər öldü, onlarla yaralı var”, - deyə A.Arutyunyan bildirib.
O, ermənilərin itkiləri ilə yanaşı Azərbaycanın bəzi ərazilərini işğaldan azad etdiyini də qeyd edib.
"Əsasən Talış kəndi və Dağlıq Qarabağın cənub istiqamətində itirilmiş mövqelər var", - deyə Arutyunyan qeyd edib.