Meksikanın mərkəzində baş verən silahlı hücum nəticəsində azı 11 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə yerli “Milenio” qəzeti məlumat verib.
Məlumata görə, hadisə Xaral-del-Proqreso bələdiyyəsində baş verib. Altı nəfərlik bir qrup gecə klubuna hücum edib və nəticədə dörd qadın, yeddi kişi öldürülüb.
Hadisə ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.