Ermənistan İsrailin Azərbaycana silah satdığını səbəb gətirərək bu ölkədəki səfirini geri çağırıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan deyib.

"İsrailin Azərbaycana ultra-modern silah tədarük etməsi bizim üçün qəbuledilməzdir. Xarici İşlər Nazirliyi bunu nəzərə alaraq İsraildəki səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına qərar verib", - deyə o bildirib.