“Barselona”nın texniki direktoru Ramon Planes futbolçusu Usman Dembelenin “Mançester Yunayted”ə transfer olunacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, o, İngiltərə təmsilçisi ilə danışıqlar aparmadıqlarını və 23 yaşlı hücumçunun Kataloniya klubunda qalacağını bildirib:
“Mançester Yunayted”lə danışıqlar yoxdur. Bunu təsdiq edə bilərəm. Dembele “Barselona”nın futbolçusudur. Onun potensialını bilirik. İnanırıq ki, komandada baş verən bütün bu dəyişikliklərdən sonra yaxşı çıxış edəcək. “Barselona” bütün fürsətlərdən istifadə etməyi səbirsizliklə gözləyir. Dembelenin bizimlə yaxşı bir mövsüm keçirəcəyinə əminik”.
Qeyd edək ki, U.Dembele 2017-ci ilin yayında Dortmund “Borussiya”sından “Barselona”ya transfer oluub. Onun La Liqa klubu ilə hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.