ABŞ Prezidenti Donald Trampın Hollivudun “Məşhurlar bulvarı”ndakı ulduzu naməlum şəxs tərəfindən dağıdılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Halk personajının geyimində olan naməlum şəxs tərəfindən külüng vasitəsilə törədilib.

Hazırda həmin şəxsin axtarışları davam edir. Hücum nəticəsində dəyən ziyanın məbləği 5 min dollar məbləğində qiymətləndirilir.

Qeyd edək ki, D.Trampın Hollivudda ulduzu 2007-ci ildə “Şagird” realiti şousuna görə vurulub.

Həmin dövrdən ulduz dəfələrlə hücuma məruz qalıb.